Dünyada 121 278 064 nəfərdə koronavirus aşkarlanıb.
Yenicag.az xəbər verir ki, virusdan 2 682 256 xəstə ölüb, 97 808 292 nəfər sağalıb.
Avropada 36 568 969, Şimali Amerikada 34 742 565, Asiyada 26 368 738, Cənubi Amerikada 19 460 246, Afrikada isə 4 083 905 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (30 231 550 nəfər), Braziliya (11 609 601 nəfər), Hindistan (11 438 734 nəfər), Rusiya (4 409 438 nəfər) və Böyük Britaniyadır (4 268 821 nəfər).
Türkiyədə 2 911 642, İranda 1 763 313, Gürcüstanda 275 685, Ermənistanda isə 179 287 nəfərdə koronavirus müəyyən edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (92 937 nəfər), İranda (61 427 nəfər) və Türkiyədədir (29 623 nəfər).
Azərbaycanda koronavirusa yoluxan 241 651 nəfərin 3 298-i ölüb, 231 370-i sağalıb.