Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 779, bu günə qədər isə ümumilikdə 7 398 046 test icra olunub.