Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələr ödənildi

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 milyon manat məbləğində müddətli əlavə verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli qərarına əsasən, dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.