“Koronavirusu USAID maliyyələşdirib” – Mask ittiham etdi

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilahlar üzrə tədqiqatları maliyyələşdirib”.

Yenicag.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Bilirdinizmi ki, USAİD sizin vergi vəsaitlərinizdən istifadə edərək COVID-19 da daxil olmaqla biosilah tədqiqatlarını maliyyələşdirir?” – milyarder yazıb.

Daha əvvəl Mask USAID-i ölməli olan cinayətkar təşkilat adlandırmışdı. O, agentliyin “Amerikaya nifrət edən radikal solçu marksistlərin ilan yuvası” olduğunu bildirib./unikal