!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ZƏRƏR

!Reklam – Yazi

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, vergi güzəştləri paketində fərqli bölmələr mövcuddur:

“Pandemiyadan zərərçəkən vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları üçün vergi güzəştlərinin tətbiqi fərqlidir. Ötən il Azərbaycanda 11 152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5 000 manatdır. Qeyri-neft sektoru üzrə pandemiyadan zərərçəkən vergi ödəyicilərinin vergi ödəmələrindəki payı 46,4 faizdir”.

Nazir qeyd edib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub.

Bu rəqəmləri tam dəqiq hesablamağın çətin olduğunu qeyd edən M.Cabbarov əlavə edib ki, gündəlik itkilərin məbləği 120-150 milyon manatdır.

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv