!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun Bakı metrosuna vurduğu ZƏRƏR

!Reklam – Yazi

“Metro bağlanandan bu günə kimi orta hesabla 29 milyon sərişin itirmişik”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bildirib.

Zaur Hüseynov qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyət fonunda metropolitenə dəymiş ziyan pula çevrilməyib. Lakin sərnişin sayı olaraq təxmini hesablamalar aparılıb:

“Ümumi olaraq, adi günlərdə metroda 800 min, şənbə günləri 600 min, bazar günləri isə 450 min sərnişin daşınır. Hazırda 1 sərnişinin daşınması 52 qəpiyə başa gəlir. Koronavirus pandemiyası nəticəsində mövcud vaxta qədər təxmini 29 milyon sərnişin itirmişik”.

Gülşən Şərif

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv