Koronavirusun daha bir simptomu aşkarlandı

ABŞ-ın Çikaqo şəhərində COVID-19-un yeni gözlənilməz simptomu məlum olub.

Yenicag.az xəbər verir ki, koronavirusun heç bir əlaməti olmayan 62 yaşlı pasiyentin analiz cavabı pozitiv çıxıb.

Xəstənin 4 gün ancaq hıçqırıqdan əziyyət çəkdiyi bildirilib. Mütəxəssislər bunun COVID-19-un qeydə alınmış ilk belə əlaməti olduğunu qeyd ediblər.