!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun "DELTAKRON" ŞTAMI: "Qorxuya düşmək üçün heç bir elmi əsas yoxdur"

!Reklam – Yazi

“COVID-19-un yeni ştamlarından qorxmaq lazım deyil”.

Yenicag.az xəbər verir ki, bunu koronavirusun “Deltakron” ştamının təsirlərini dəyərləndirən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professora görə, “Omikron”un genom quruluşu patogenlik və letallıq fəallığının heç bir halda ana ştamdan yüksək ola bilmədiyini sübut edir:

“Bu, kütləvi immunitetin formalaşması və pandemiyanın sona çatmasının ilkin və əsas şərtidir. Məsələn, COVID-19-dan ümumi ölüm 1,79 faizdir. “Omikron”dan ölüm isə 0,1-0,4 faiz nisbətindədir. Yəni digər ştamlarla müqayisədə 6-18 dəfə və ya 75 faiz azdır. Təbii və ya vaksinasiya fonunda immunitet qazanmışlarda isə bu fərq daha böyük olmaqla yanaşı, həm də həmin şəxslər “Omikron” ştamına yoluxarsa, xəstəliyin ağır gedişi ehtimalı 1 faizin altındadır. Odur ki, COVID-19-un yeni ştamlarından qorxmaq lazım deyil. “Omikron” ştamı qorxu törədəcək heç bir bioloji gücə malik deyil”.

“Deltakron” ştamının heç də qorxulu olmadığını vurğulayan Musa Qəniyev bildirib ki, genom quruluşu “Delta” ştamını xatırladan bu variantda “Omikron” ştamına xas olan 30 mutatik dəyişikliyin 10-u müşahidə olunur:

“İstənilən aqressiv virus ştamına xas olan mutasiya yalnız yoluxdurduğu canlı hüceyrə ilə birgə yaşayışa xidmət edən qarşılıqlı əlaqə formasının nəticəsi kimi meydana çıxa bilər. Yəni istənilən virus və ya eyni virus ştamlarının qarşılıqlı əlaqə forması heç bir halda yeni mutant ştam əmələ gətirə bilməz. Odur ki, “Deltakron”un genom quruluşunun molekulyar təhlili üzərində dayanmaq istəmirəm. Çünki belə bir ştam yoxdur. Varsa belə, yox kimi qəbul olunmalıdır. Stress, qorxu, gərginlik və ruhi sarsıntıya düşməyə heç bir elmi əsas yoxdur. Normal həyatınızı yaşayın”.

Qeyd edək ki, koronavirus infeksiyasının yeni variantı aşkar edilib. “Deltakron” adlı yeni variant “Delta” və “Omicron” ştamlarının hibrididir.

Gülşən Şərif

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv