Koronavirusun müalicəsi tapıldı – Sağalan var

Çinin Wuhan Universitetinin hospitalının həkimləri virusun müalicə üsulunu tapdıqlarını bildiriblər.

Yenicag.az xəbər verir ki, bu müalicə üsulu “2019-nCoV” virusuna təsir edə bilib. Artıq 53 yaşlı virusa yoluxmuş xəstə uğurla müalicə edilib.

Həkimlər müəyyən ediblər ki, ekstrakorporal oksigenləşmə yeni tip sətəlcəmi müalicə etməyə kömək edir (qanın oksigenlə zənginləşdirilməsi, EKMO – ekstrakorporal membran oksigenləşmə).