Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusun mutasiyası ilə bağlı yeni məlumatlar

İmmun sistemi zəif olan insanların COVID-19-dan sağalan insanların plazması ilə müalicəsi SARS-CoV-2 koronavirusunun yeni mutasiyalarının baş verməsinə səbəb ola bilər.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi Böyük Britaniya alimlərinin tədqiqatlarına istinadən bildirib.

Həkimlər səkkiz ildir xərçənglə mübarizə nəticəsində immuniteti zəifləyən COVID-19 xəstəsinin vəziyyətini izah edirlər. Əvvəlcə xəstə “Remdesivir” virusa qarşı dərmanı ilə müalicə edilib, sonra isə ona COVID-19-dan sağalan insandan antiсismləri olan plazmanı yeridiblər.

Müalicə ilə paralel olaraq, alimlər virusun genomundakı dəyişiklikləri araşdırıblar.

Tədqiqatçıların aldığı məlumata görə, “Remdesivir” ilə iki müalicə kursundan sonra koronavirus demək olar ki, mutasiya etməyib, lakin plazma vurulduqdan sonra virusda ciddi dəyişikliklər qeydə alınıb. Virusun yeni növlərinin daha çox yoluxucu və neytrallaşdırıcı anticismlərə qarşı daha az həssas olduğu aşkar edildi.

Qeyd edilib ki, anticismlərlə müalicə xəstəyə zərər vermədi, lakin açıq aşkar bir fayda da verməyib. Xəstəxanaya yerləşdirildikdən 102 gün sonra xəstə öldü.

Loading...

www.yenicag.az

315