Koronavirusun uşaq orqanizmində qalma müddəti açıqlandı

Cənubi koreyalı alimlər yeni növ koronavirus infeksiyasının uşaqların orqanizmində nə qədər müddət qaldığını tədqiq ediblər.
Yenicag.az xəbər verir ki, alimlərin fikrincə, Covid-19 uşaqların orqanizmində bir neçə həftə qala bilər. Virus əsasən onların burun və boğaz nahiyələrində müşahidə olunur. Bu hal heç bir simptom olmadan da özünü göstərə bilər. Bununla da uşaqlar Covid-19-u asanlıqla digər insanlara ötürə bilirlər.
Bundan başqa, tədqiqatlar zamanı yetkinlik yaşına çatmış insanların 40%-nin virusun simptomsuz daşıyıcıları olduğu öyrənilib./Qafqazinfo/