Koronavirusun yeni növü ABŞ-a da çatdı

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib.

Xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir. Qeyd edək ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib.

Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini – 2019-nCoV – koronavirusunu təyin ediblər.