“Şou-biznesin şousu qalıb, biznesini virus darmadağın edib”.
Bunu Yenicag.az-a açıqlamasında “Soy prodakşın”ın rəhbəri, prodüser Oqtay Əliyev koronavirusun Azərbaycan şou-biznesinə təsirini şərh edərkən deyib.
O, özünə kapital yığan müğənnilərin müflis olmayacağını bildirib:
“Hamıya qırmızı işıqdır. Heç kimə yaşıl işıq yoxdur. Özünə kapital yığan müğənnilər müflis olmayacaq, onların ailələrini dolandıracaq qədər kapitalları var”.
O. Əliyev koronavirusun toy bazarına da təsir edəcəyini, müğənnilərin qiyməti kəskin şəkildə salacağını da deyib:
“Əhalinin iqtisadi durumu aşağı düşüb. Toylar başlayanda hamı toya getmək üçün mübarizə aparacaq. Bunun üçün də toy bazarında böyük endirimlər olacaq.
Çünki payızın sonunda yenidən sərt karantin olması gözlənilir”.
Cəvahir