Koronavirus qurbanlarının sayı artır

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

Yenicag.az Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı ümumilikdə 2 663 nəfərə çatıb. Ölkə üzrə isə ümumilikdə 27 232 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Komitə qeyd edib ki, hazırda ölkədə 77 658 insan virusun daşıyıcısıdır.

Son gün ərzində 71 ölüm faktı qeydə alınıb, təxminən 2 600 insan xəstəxanalardan evə buraxılıb.

Xəstəxanalarda 51 836 nəfər müalicə olunur ki, onlardan 40 269 (78%) nəfərinin vəziyyəti ağır, 11 567 (22%) nəfərin isə kritikdir.

COP29