Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronovirus təhlükəsi: Telekanallarda şoular niyə dayandırılmır? – EKSPERTDƏN ÇAĞIRIŞ

“İnsanların həyatını təhlükəyə atmaq olmaz. Televiziyalara ciddi şəkildə xəbərdarlıq olunmalıdır…”

Martın 14 -dən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunub. İnsanların kütləvi toplaşdıqları tədbirlər təxirə salınıb. Amma teleməkanda da insanların toplu şəklində iştirak etdiyi verilişlər nümayiş olunur. Xəzər TV-də “5/5”, “Səni atarıram”, ARB-də “Elgizlə izlə”, ATV-də “BizimləSən”, “Yeddi canlı” və s. İnsanların koronovirus təhlükəsindən qorunması üçün bu cür verilişlər təxirə salınmalıdırmı?

Media eksperti, tanınmış jurnalist Zeynal Məmmədli Yenicag.az-ın sualını cavablandırıb.

Z.Məmmədli telekanallarda bu cür verilişlərin formatında təcili olaraq dəyişiklik olunmasının vacibliyini bildirib:

“Televiziyalarda toplum şəklində insanlar iştirak edirsə, o halda həmin veriliş və əyləncə proqramlarının formatında dəyişiklik olmalıdır. Bu qlobal təhlükədir və verilişlərin hazırlanmasında mütləq nəzərə alınmalıdır. Bu zaman təşviş, qorxu, xof yaratmaq da lazım deyil. Müxtəlif yaradıcılıq üsullarından istifadə etmək olar. Efirlərdə kütləvi qucaqlaşmalar, əllə görüşmələr qəti şəkildə qadağan olunmalıdır. İnsanların həyatını təhlükəyə atmaq olmaz. Hesab edirəm ki, televiziyalara ciddi şəkildə xəbərdarlıq olunmalıdır. Bu məsələ ilə bağlı MTRŞ- ya, Milli Məclisə müraciət etmək lazımdır. Belə məsələlərə nəzarət üçün media ilə bağlı xüsusi komissiya yaradılmalıdır. Bu mütləqdir”.

Cəvahir

www.yenicag.az

754