Körpə ana bətnində əməliyyat olundu

28 yaşlı Leksi Royırın bətnində möcüzəvi əməliyyat həyata keçirilib.

Yenicag.az xəbər verir ki, ana bətnindəki 24 həftəlik körpənin onurğa iliyində problem yaranıb. “Açıq onurğa” xəstəliyinə düçar olan körpəyə doğulmamış tibbi müdaxilə edilib. Belə ki, hamilə qadının bətni çıxarılıb və həkimlər körpəni əməliyyat ediblər. Daha sonra isə yenidən onu qarın boşluğuna yerləşdiriblər.

Həkimlərin məlumatına görə, 24 həftə iki günlük körpə 900 qram çəkiyə malik olub. Bu isə onda ilik problemindən başqa bir problemin olmadığından xəbər verir.

Qeyd edək ki, bu əməliyyat həyata keçirilməsəydi, körpə ömür boyu hərəkət etməkdə çətinlik çəkəcək və əlil arabasına məhkum olacaqdı.

COP29