!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Körpə Zəhranın qətlindən dəhşətə gələn Arif Babayev: "Oturub ağlaşmaqdansa..."

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhranın və nənəsinin qanına qəltan edilməsi xəbəri hər bir azərbaycanlını hiddətə gətirib.

Yenicag.az-a açıqlama verən xalq artisti, ustad xanəndə Arif Babayev bunu vandalizm adlandırıb:

“Bu, erməni vəhşiliyinin daha bir sübutudur. Bu vandalizmi bütün dünya görməlidir. Biz burda oturub ağlaşma qurmamalıyıq. Nə qədər ağlamaq, gözyaşı tökmək olar? Bütün dünyaya çatdırmalıyıq ki, ermənilər dinc əhaliyə necə divan tutur, onları öz evlərində qanına qəltan edir. 2 yaşlı körpənin nə günahı vardı?Yaxud da o qadının… Mən bu xəbəri eşidəndə dəhşətə gəldim. Ata öz körpəsini qolları üstündə məzara qoyur, nə qədər övladlarımızı öz əlimizlə dəfn edəcəyik? Bu dəhşətli görüntüləri dünyaya car çəkməliyik. Onsuz da gün gələcək biz ermənidən öz qisasımızı alacağıq”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv