Evində uşaq dünyaya gətirdikdən sonra yeni doğulmuş körpəni pəncərədən ataraq öldürən “ana”ya verilən cəza bəlli olub.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Bakırköy 10-cu Ağır Cəza Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, qadına ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, sevgilisi ilə cinsi əlaqəyə girdikdən sonra hamilə qalan qadın 3 ay sonra bunun fərqinə varıb. Daha sonra isə hamiləliyini hər kəsdən gizləyərək dünyaya gətirdiyi körpəsinin pəncərədən ataraq öldürüb.