Körpü çökdü – Toydan qayıdan 24 nəfər suda boğuldu

Pakistanda toy mərasimindən qayıdan avtobus çaya düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb körpünün dağılması olub.

Yararsız vəziyyətdə olan körpü həddindən artıq yüklənmiş maşının ağırlığına dözə bilməyib.

Hadisə nəticəsində eyni ailədən olan 24 nəfərin hamısı suda boğulub.

Polis və yerli sakinlər ölənlərin cəsədlərini axtarırlar.