Körpüdə intihara cəhdlə bağlı nazirlik məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.