İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altından bir ailənin 3 üzvünün meyiti aşkarlanıb. Onların meyitləri avtomobilin içərisindən tapılıb.
Xatırladaq ki, İtaliyada avtoban üzərindəki avtomobil körpüsü avqustun 14-də qəfil çökmüşdü. İlkin məlumatda hadisə zamanı 11 nəfərin öldüyü açıqlanmışdı.