!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Korrupsionerlər milyardlarla pul qazanır, insanlar var-yoxdan çıxarılır..." - ETİRAZ

!Reklam – Yazi

“Rusiya ilə əlaqəsi olan adamlar tutduqları postdan Azərbaycan xalqını dövlətdən, hakimiyyətdən narazı salmaq, xalqda dövlətə ümidsizlik yaratmaq üçün istifadə edirlər”.

Bu fikirləri ölkədəki sosial problemlərin arxasında dayanan səbəblərə toxunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, ölkədə insanlar kasıblıqdan daha çox milli gəlirin düzgün bölüşdürülməməsindən narazıdır:

“Ermənistanda baş verən hadisələrə baxanda görürük ki, Rusiya Ermənistanda olan tərəfdarlarını açıq şəkildə Paşinyana qarşı hərəkətə gətirib. Ölkə parçalanmaq dərəcəsindədir. Sual olunur: Azərbaycanda da Rusiyanın maraqlarını müdafiə edən insanlar varmı və o insanlar Rusiyanın maraqlarını necə müdafiə edirlər? Postsovet ölkələrinin hamısında Rusiya tərəfdarları və kəşfiyyat orqanlarının ələ aldığı, Kremldə təmsil olunan şəxslərlə ortaq biznesi olan adamlar var. Bu adamlar Azərbaycanda Ermənistandakı ruspərəst qüvvələrin apardığı siyasətə uyğun siyasət aparırlar?

Ermənistanda Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasətini açıq şəkildə dəstəkləyirlər. Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə əlaqələrinin yoluna qoyulmasına mane olurlar. Azərbaycanda isə “5-ci kolon”un işi dövləti nüfuzdan salmaq, camaatla hakimiyyət arasında ziddiyyət yaratmaq, həm də mümkün qədər sosial narazılığı artırmaqdır. Çünki Azərbaycanda açıq şəkildə Rusiyanı müdafiə edə bilməzlər. Azərbaycan xalqının müstəqillik və suverenlik hissi kifayət qədər güclüdür. Sosial problemə görə xalqı küçələrə çıxarmaq, siyasi oyunlara qatmaq mümkündür. Ona görə də hakimiyyətdə olan qarışıq ailə nümayəndələri, Rusiya ilə əlaqəsi olan adamlar tutduqları postdan Azərbaycan xalqını dövlətdən, hakimiyyətdən narazı salmaq, xalqda dövlətə ümidsizlik yaratmaq üçün istifadə edirlər. Ölkədə hazırda baş verənlər həmin qüvvələrin fəaliyyətinin nəticəsidir. Konkret qanunları, tez-tez qərarları dəyişirlər, gah pensiyaları kəsirlər, gah bərpa edirlər. Məqsəd burada qeyri-müəyyənlik yaratmaq, bununla da inkişafın qarşısını almaqdır.

Azərbaycan vətəndaşlarında sosial narazılıq kasıblıq və işsizliklə bağlı deyil. Azərbaycanda sosial narazılığın əsas səbəbi kəskin qütbləşmə, milli gəlirin ədalətsiz bölünməsidir. Bir tərəfdə korrupsionerlər milyardlarla pul qazanır, digər tərəfdən isə insanlar var-yoxdan çıxarılır və narazı salınır. Xalq görür ki, bir tərəfdə qeyri-adi dərəcədə, hətta Amerika milyarderlərinin belə yaşamadığı həyat səviyyəsinə malik insanlar var. Hansı ki Azərbaycan dövləti üçün heç bir xidmətləri yoxdur. Dövlətin çətiri altında milyardlar qazanıblar”.

Səxavət Məmməd

www.yenicag.az

202
Ads
www.veteninfo.com
!Reklam – Arxiv