Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Korrupsiyaya görə ən çox şikayət edilən QURUMLAR - SİYAHI

Reklam: High Technic

2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.

Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.

“161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:

Daxili işlər orqanları – 779

Yerli icra hakimiyyəti orqanları – 656

Sosial müdafiə – 654

Səhiyyə – 564

Bələdiyyələrin fəaliyyəti – 280

Təhsil – 136

Ədliyyə orqanları – 134

Özəl sahə – 121

“Azərişıq” ASC-nin fəaliyyətilə bağlı – 115

Meliorasiya və su təsərrüfatı – 96

“Azəriqaz” İB – 88

Səfərbərlik – 48

Ekologiya və təbii sərvətlər – 40

Müdafiə – 33

“Azərsu” ASC – 29

Bank sektoru – 28

Kənd təsərrüfatı – 28

Digər – 832

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Loading...

www.yenicag.az

1052
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100