Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirdi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, əlavə məlumat veriləcək.