!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Korrupsiyaya yol açan sistem yenidən qurulmalıdır" - İqtisadçıdan əlilliyin təyini ilə bağlı TƏKLİF

!Reklam – Yazi

“Əlillik faizinin təyin olmasında insan faktoruna yer verilməsi korrupsiya hallarına yol açır”.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə görə, orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə I dərəcə əlillik, orqanizmin funksiyalarının 61-80 faizini itirilməsinə görə II dərəcəli əlillik, orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə III dərəcəli əlillik qrupu müəyyənləşdiriləcək. Orqanizmin funksiyanın 31 faizinə qədər itirilməsinə görə əlillik dərəcəsi verilməyəcək. Bu dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Əlilliyin verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçı hesab edir ki, əlillik dərəcəsi ilə bağlı yeni sistem qurulmalıdır. Bu sistem sağlamlıq göstəricilərini avtomatik olaraq doğuşdan müəyyənləşdirməli və bir mərkəzdə toplamalıdır. Bu halda qeyri-qanuni əməllərin qarşısı alına bilər:

“Ölkədə belə fikir formalaşıb ki, sanki əlillərin sayının azaldılması ilə büdcə vəsaitinə qənaət etmək mümkündür. Əslində büdcə vəsaitinə qənaət edilməsi üçün fərqli metodlar olduqca çoxdur. Əlilliyin təyin olunması ilə bağlı məsələdə insan faktorunun rolunu minimuma endirmək çox vacibdir. Hazırda bu təyinatla bağlı insanlar qərar verir. Halbuki insan faktorundan irəli gələn bəzi məqamlarda korrupsiya məsələsinə tez-tez rast gəlinir. Bu baxımdan yeni proqram təminatının həyata keçirilməsinə ehtiyac var.

İnkişaf etmiş ölkələrdə uşaq doğulandan böyüyünə kimi bütün tibbi göstəriciləri bir mərkəzdə cəmləşdirilir. İnsan orqanizmində zamanla yaşanan problemlər və ya doğuşdan mövcud olan fiziki nöqsanlar mərkəz tərəfindən avtomatik olaraq əlillik dərəcəsini müəyyənləşdirir. Nəticədə sosial müavinətlərin ödənilməsi ilə bağlı aiddiyyatı qurumlara siqnal ötürülür. Azərbaycanda isə bu sistem hələlik qurulmayıb. Tibbi komissiyalarda insan faktoru öndədir və ona görə də vətəndaşlar müəyyən problemlərlə üzləşirlər. Əlillik dərəcəsi ilə bağlı yeni qanunun qəbul edilməsi problem deyil. Problem qanunun işlək olması və insanların maraqlarına nə dərəcədə uyğun olub-olmamasıdır”.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv