Köşkün satıcısı barəsində protokol tərtib olundu – REYD

Səbail rayonu ərazisindəki köşkdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan satıcı barəsində protokol tərtib olunub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail Rayon Polis idarəsin əməkdaşları ilə birgə rayon ərazisində reyd keçiriblər.

Bu zaman 1 köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib. Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

COP29