Kosmetologiyada doğru bilinən YANLIŞLAR : Ləkə və qırışlardan tez xilas olmağın ən effektiv yolu – MÜSAHİBƏ

Kosmetologiya, həm tibb, həm də gözəllik dünyasının kəsişdiyi bir sahə olaraq son illərdə böyük maraq doğurur.

Estetik prosedurlar, cild baxımı və yaşlanma əleyhinə müalicələr yalnız qadınlar üçün deyil, həm də kişilər üçün vacib və gündəlik həyatın bir hissəsinə çevrilmişdir. Yeni texnologiyaların və innovativ yanaşmaların kosmetologiya sahəsində sürətlə tətbiq edilməsi, bu sahəni daha da inkişaf etdirir.

Bugünkü müsahibəmizdə, Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyəti Üzvü və LBC Estetik Klinikasının həkim-kosmetoloqu Nigar Rüfət ilə kosmetologiya dünyasındakı yenilikləri və peşəkar təcrübələrini müzakirə etdik.

Nigar xanım, kosmetologiya sahəsinin gedişatını, pasientlərə tətbiq edilən ən son estetik prosedurları, cild baxımının vacibliyini və pasient məmnuniyyətini təmin etmək üçün izlədiyi prinsipləri bizimlə paylaşdı.

Kosmetologiyanın gələcəyində gözlənilən ən böyük yeniliklərdən, yeni texnologiyaların istifadəsinə və evdə düzgün cild baxımının tətbiqinə qədər bir çox maraqlı mövzuda ətraflı məlumat aldıq.

Nigar Rüfət həmçinin pasientlərin təhlükəsiz və etibarlı xidmətlərdən faydalanmaları üçün hansı vacib tövsiyələrə əməl etməli olduqlarını da açıqladı.

İndi isə kosmetologiya sahəsində ən çox maraq doğuran suallara cavabları əldə edəcəyimiz bu müsahibəni təqdim edirik:

Hal-hazırda ən çox tələb olunan kosmetik prosedurlar hansılardır?

Kosmetologiyada ən populyar prosedurlar dolğu və botoks prosedurlarıdır.

Dolğu proseduru səthi və dərin qırışları, çuxurları aradan qaldırmaq, üzdə ehtiyac olan nahiyyələri həcmləndirmək və ya üzdə hər hansı bir nahiyyəyə forma vermək üçün istifadə edilən inyeksiyadır. Qalıcılığı orqanizmə görə subyektiv olaraq 6-24 aya qədər dəyişir.

Botoks proseduru mimik qırışları hamarlaşdırmaq, qaş qaldırmaq, üz kiçiltmək, diş qıcamasını və damaq gülüşünü aradan qaldırmaq, aşırı tərləmə və miqren ağrılarını azaıtmaqt üçün Chlostridium Botulinum adlı bakteriyadan alınan toksinlərin dəriyə – əzələyə yeridilməsidir.

Hər yaş qrupundan olan müştərilər daha çox hansı prosedurlara müraciət edir?

Gənclər əsasən dodaq dolğusu, burun korreksiyası, oval və çənə bərpası, ceyran göz kimi prosedurlara üstünlük verirlər.
Orta yaş nəsil isə daha çox botoks, dərinin nəmləndirilməsi, liftinqi, kollagen stimulyasiyası və s cavanlaşma prosedurları üçün müraciət edirlər.

Kosmetologiya sahəsində ən çox soruşulan, lakin çox az bilinen prosedurlar hansılardır?

Ən çox soruşulan prosedur botoks və dolğu ilə edilən prosedurlardır. Bəzən pasientlər bunları səhf salırlar. Hətta botoksun dodaq şişirtdiyini zənn edirlər.
Məsələn botoksu bir çox məqsədlə istifadə edirik lakin bunu hələ də bir çox insan bilmir. Bunlardan bəziləri – botoksla burun kiçiltmə, oval bərpa etmə, boğaz qırışlarını açma, çiyin trapesiyasını hamarlama və s kimi prosedurlar vardır ki bir çoxları bunlardan xəbərsizdir.

Həmçinin dolğu ilə burun korreksiyası, ceyran göz, göz altı işıq dolğusu, üzün müxtəlif nahiyyələrində itirilmiş həcmin bərpası və s prosedurları icra edirik. Dolğu ilə həm həcm verə bilirik həm də forma verərək kiçildə bilirik. Bu edilən texnikalardan asılı olaraq dəyişir.

Hansı kosmetik prosedurlar ən çox tələb olunur və niyə?

Son illər burun korreksiyası, ceyran göz və “full face” prosedurlarına tələb daha çoxdur.
İnsanlar əməliyyatdan mümkün qədər qaçmaq istədikləri üçün bu kimi kosmetoloji prosedurlara müraciət edirlər. Uğurlu nəticə müəyyən müddətlik olsa da insanlara daha təhlükəsiz və asan başa gələn olur. Həm maddi cəhətdən daha uyğun, həm də reabilitasiya dövrünün olmaması kosmetoloji prosedurları daha əl çatan və praktik edir.

Hansı estetik prosedurlar kişilər arasında daha çox populyardır?

Kişilər təbii olaraq daha əzələli bədənə, daha əzələli üzə və daha qalın dəriyə malikdirlər. Onların həyat öhdəlikləri gözəl görünməyi deyil, güclü görünməyi tələb edir. Bu səbəbdən gözəl görünmək bir çox kişilər üçün prioritet deyil. Amma cəmiyyətdəki rollar qadınlarla eyniləşdirilməyə başladıqca, peşə seçimləri və peşə növləri inkişaf etdikcə, sosial sahədə kişi və qadından gözləntilər və tələblər dəyişdikcə, kişilərin özlərinə zəmanəyə uyğun olaraq xüsusi qulluq edir.

Kişilərin üstünlük verdiyi prosedurlar əsasən üzdəki dərinləşən xəttlərə, qırışlara tətbiq olunan botoks, idmançılarda quruma dövründə almacıq yanağında itirilmiş həcmin dolğularla bərpası, saç tökülməsinin müalicəsi, göz altının qaralığını və çökəkliyinin korreksiyası, burun əyriliklərinin əməliyyatsız düzəlişi, kəskin oval və s prosedurlardır.

Evdə cild baxımını düzgün aparmaq üçün hansı əsas addımları tövsiyə edirsiniz?

1. Dərinizi təmizləyin

Dəriyə qulluq etməyin ən vacib qaydası dərinizi təmizləməkdir. Evdə üz baxımı tətbiq edərkən əvvəlcə üzünüzü bolca yumalısınız. Gün ərzində tətbiq olunan makiyajı axşam mütləq silməlisiniz. Bunun üçün dəri tipinizə uyğun təmizləyici gellərdən və ya təmizləyici südlərdən istifadə edə bilərsiniz.

2. Dərinizi kosmetika qalıqlarından arındırın

Dərinizi yuyaraq təmizləmək həmişə kifayət olmaya bilər. Təmizləmə prosesindən sonra tonikdən istifadə etmək vacibdir. Beləliklə, dəri məsamələri makiyaj qalıqlarından və yağlardan təmizlənir. Sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Evdə dəriyə qulluq edərkən tonik olaraq çobanyastığı çayı, gül suyu və alma sirkəsi kimi təbii təmizləyicilərdən istifadə edə bilərsiniz.

3. Pilinq

Pilinq üz gözəlliyini təmin etmək üçün dərinin ləkələrdən və ölü hüceyrələrdən təmizlənməsi prosesidir. Bu dəriyə qulluq üsulu hər kəsin evdə asanlıqla tətbiq edə biləcəyi bir üsuldur. Hazır pilinqlərdən istifadə edə bilmədiyiniz halda, türk qəhvəsi dənəciklərinə bir neçə damcı zeytun yağı əlavə edərək evdə bütün dəri tiplərinə uyğun faydalı pilinq hazırlaya bilərsiniz. Lakin bunu ayda 1-2 dəfədən çox etmək zərərlidir.

4. Dərinizi nəmləndirin

Sağlam, nəm dəriyə sahib olmaq ilk növbədə bol su içməklə mümkündür. Mövsümi keçidlər və temperaturun dəyişməsi dərinin qurumasına səbəb olur və onun nəmə olan ehtiyacını artırır. Dərinizin tipinə uyğun nəmləndirici kremlər böyük rahatlıq təmin etsə də, üz baxımı edərkən nəmləndirmək üçün istifadə edə biləcəyiniz bəzi maddələr; xiyar, zeytun yağı, bal, qatıq və aloe vera kimi asanlıqla əldə edilə bilən vasitələr də vardır. Bu inqrediyentlərdən düzgün və müntəzəm istifadə etməklə dərinizə ehtiyac duyduğu nəmlə təmin edə bilərsiniz.

5. Günəşin zərərli təsirlərindən özünüzü qoruyun

Yalnız yayda deyil, qışda da günəşdən gələn UV şüalarından qorunmaq lazımdır. Özünüzü günəş işığının zərərli təsirlərindən qorumaq üçün evdən çıxmazdan əvvəl mütləq günəşdən qoruyucu vasitələrdən istifadə etməlisiniz.

6. Dərinizin Tipinə Görə Qulluq

Hər dəri tipinin yağ tərkibi və nəm ehtiyacı fərqlidir. Düzgün dəriyə qulluq praktiki olaraq evdə təbii məhsullarla edilsə belə, dəri tipinizi bilmək və ona uyğun məhsullardan istifadə etmək sizin üçün faydalı olacaq. Məsələn, çox quru dərilərdə yumurta ağı dərini daha çox qurudur. Çox yağlı dərilərdə yumurta sarısı dərini daha yağlı edir. Yaxud həssas dəriniz varsa limon və alma sirkəsi kimi turşu tərkibli maddələr yerinə bal və hindistan cevizi yağı kimi bütün dəri tiplərinin rahatlıqla istifadə edə biləcəyi məhsullar seçməlisiniz.

8. Maskalarla dəstək

Dərinizi təmizlədiniz. Dərinizi bütün zərərli təsirlərdən qorumaq üçün nəmləndirdiniz və digər dəriyə qulluq qaydalarına əməl etdiniz. Bütün bu mərhələlərdən sonra dərini vitamin, mineral və qida maddələri ilə zənginləşdirməyin ən yaxşı yolu maskalardır. Fərqli faydalı məhsullarla ev şəraitində bir çox fərqli ağardıcı, təmizləyici, sızanaq və qırışları aradan qaldıran maskalar hazırlaya bilərsiniz.

9. Bol su için

Dəriyə qulluqda ən vacib məsələ nəmdir. Bədənimiz kimi dərimizdəki hüceyrələrin yarıdan çoxu sudan ibarətdir. Sağlam dəri hüceyrələrinə sahib olmaq gözəl dəriyə sahib olmaq deməkdir. Buna nail olmağın yeganə yolu bədəninizin ehtiyac duyduğu suyun miqdarını qarşılamaqdır.

10. Qidalanmanıza Diqqət Edin

“Üzə qulluq necə edilməlidir?” Sualın ilk cavabı sağlam qidalanmadır. Üz gözəlliyi yağ və nəmin düzgün balansı ilə mümkündür. Quru dəri, qeyri-bərabər dəri rəngi, yağlılıq və sızanaq kimi problemlər sağlam olmayan qidalarla qidalanan insanlarda çox rast gəlinir. Ciddi dəri problemləriniz varsa və bütün səylərinizə baxmayaraq evdə tətbiq etdiyiniz dəriyə qulluqdan faydalana bilmirsinizsə, mütləq mütəxəssisə müraciət etməlisiniz.

Kosmetologiya ilə bağlı ən çox qarşılaşdığınız səhvlər və pasientlərin yanlış düşüncələri hansılardır?

Pasientlər bəzən 1 qram dolğu ilə “Full Face” edə biləcəyimizi zənn edirlər. Və ya 1 qram dolğu onları tam dəyişəcəyinə inanırlar və ya “Full Botoks” un dərhal nəticəsini gözləyirlər. Bəzən yanlış reklamlara inanırlar və bizdən möcüzələr gözləyirlər. Kosmetologiya bəzən səbr tələb edən bəzən isə təkrar seanslarla olunan müalicələrin nəticələrini gözləməli olduğumuz sahədir. Bir dəfə gələrək çox dəyişən pasinetlər az deyil bəli, lakin bu hər kəs üçün keçərli deyil çünki bizim hər birimizin üz quruluşu və orqanizmimiz eyni olmadığı kimi nəticələr də eyni ola bilməz.

Cilddə yaranan ləkələr və pigmentasiyalar üçün ən effektiv müalicə metodları hansılardır?

Cilf ləkələrinin yaranması müxtəlif səbəblərlə bağlı ola bilər:
Günəş şüaları,
 hormonal dəyişikliklər,
yaşlanma ,
sızanaq izləri
, genetik faktorlar. 
Əvvəlcə ləkələrin növünü və yaranma səbəbini müəyyənləşdiririk. Daha sonra sizə uyğun müalicə planı tərtib edirik və mezoterapiya, biorevitalizasiya, kök hücrə və s kimi üsullarla müalicə edirik.

Cild ləkələrini yüngülləşdirmək üçün xüsusi məhsullardan da istifadə edə bilərsiniz. Ən effektiv tərkiblər:

Hidrokinon: Güclü ağardıcı təsir göstərir.
C vitamini: Antioksidant xüsusiyyətlərə malikdir, cild tonunu işıqlandırır.
Kojik turşu: Təbii ağardıcıdır, ləkələrin azalmasına kömək edir.
Glikolik turşu: Ölü dəri hüceyrələrini aradan qaldıraraq yenilənməyi təmin edir.
Bu məhsullardan istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşmək vacibdir.

Cild ləkələrinə qarşı təbii vasitələr də təsirli ola bilər. Aşağıdakı təbii maskalar populyardır:
Limon və bal maskası: Ləkələri yüngülləşdirir.
Yulaf maskası: Cildi təmizləyir və tonunu düzəldir.
Papaya maskası: Enzimləri ilə cildin yenilənməsini təmin edir.
Aloe vera geli: Cildi sakitləşdirir və ləkələri azaldır.

Botoks, dolğu prosedurlarını hansı yaşlarda və hansı vəziyyətlərdə tövsiyə edirsiniz?

Botoks proseduru 25 yaşdan sonra başlanmasını töfsiyyə edirəm. Bu yaşlardan sonra mimik qırışlar sizin dərinizdə iz qoyursa və sizi narahat edirsə artıq botoksa başlamağın tam zamanıdır demək ki.
Dolğu prosedurlarına isə 18 yaşdan etibarən həkim məsləhəti ilə başlamaq olar. Bəzən gənc xanımlar üzdə hər hansı bir cizgisini kompleks edir və dəyişmək istəyir bu hallarda gənc xanımlarımıza köməklik edə bilirik.

Hamiləlik dövründə kosmetoloq yanına getmək olarmı?

Hamilə xanımlarımıza isə heç bir prosedur icra etmirik. Süd verən zaman isə dolğu prosedurlarından başqa prosedurları məsləhət görmürük.

Pasient məmnuniyyəti sizin üçün nə dərəcədə önəmlidir və buna necə nail olursunuz?

Mənim üçün hər şeydən önəmli pasient məmnuniyyətidir. Buna o qədər önəm verirəm ki, pasinetlərim də bunu bilir və buna dəyər verirlər. Onların məmnuniyyəti məni çox xoşbəxt edir. Hər dəyişimdə onlardan çox mən sevinirəm hətta. İzləyicilərimə kosmetoloqa gedərkən preparatların originallığına nəzarət etməyi, ucuz və mənşəyi bilinməyən preparatlardan qaçmağı töfsiyyə edirəm. Çünki gələcəkdə bu preparatlar sizi sağlamlığınıza və görünüşünüzə zərər verə bilər.

Sonda sizi izləyənlərə nə kimi tövsiyəniz olardı?

Güvəndiyiniz və əl işlərini canlı gördüyünüz həkimlərə müraciət edin, çünki siz və sizin sağlamlığınız hər şeydən önəmlidir.