Kosmik uçuşlarda lider ölkələr: ABŞ, Çin…

2022-ci ildə kosmik gəmilərin buraxılışının ilkin nəticələri açıqlanıb.

Yenicag.az xarici xəbər agentliyinə istinadən xəbər verir ki, statistikaya görə, ABŞ kosmik uçuşlarda liderdir.

ABŞ-nin yerin orbitində 3000-dən çox, Çinin 400-ə yaxın, Rusiyanın isə 150-yə yaxın mülki, hərbi və ikili peyki fəaliyyət göstərir.

Qeyd edək ki, 2022-ci yanvarın 1-dən indiyədək dünyada 125 kosmik uçuş həyata keçirilib. Onlardan dördü uğursuzluqla başa çatıb.

COP29