Rusiya Federal Kosmos Agentliyi “Roscosmos” qeyri-adi planı barədə məlumat yayıb.
Yenicag.az xəbər verir ki, agentlik Beynəlxalq Kosmos Bazasında otel açmaq istəyir. 20 tonluq 15,5 metr uzunluğunda olacaq oteldəki otaqlar 4 nəfər üçün nəzərdə tutulub. Kosmosa səyahət etmək istəyənləri bir kosmonavt müşayiət edəcək. Dünya mənzərəli oteldə gündəlik ehtiyacları ödəmək üçün hər bir vasitə mövcud olacaq. Məlumata görə, qonaqlar burada internetdən də istifadə edə biləcəklər.
Oteldə 2 həftə qalmaq xərci isə adambaşına nə az, nə çox, düz 40 milyon dollardır.
Agentlik otelin inşası üçün 446 milyon dollar xərclənəcəyini bildirib.