Kosmosdan çəkilən şəkilə görə Salyana gəldilər – FOTO

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pirs Salyan rayonu ərazisində olan tektonik qırılmalar sahəsinə səfər ediblər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində britaniyalı qonaqlar tektonik qırılmalar sahəsi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən İNSAR texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.