Kosovo parlamenti çərşənbə axşamı tamhüquqlu silahlı qüvvələrin yaradılması haqqında qətnamə qəbul edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, qətnamə səsvermədə iştirak edən bütün deputatlar (68) tərəfindən təsdiq edilib və prezident
Haşim Taçinin hakim koalisiyası ilə baş nazir İsa Mustafanın rəhbərlik etdiyi kosovo-alban müxalifətini birləşdirib.
Milli azlıqların “Serbiya siyahısı” partiyasının deputatları iclası boykot edib.
Yeniçağ.Az