“Kosta Atlantika” kruiz gəmisində daha 60 nəfər koronavirusa yoluxdu

Yaponiyanın Naqasaki limanında dayanan “Kosta Atlantika” kruiz gəmisinin ekipajının üzvləri arasında daha 60-a yaxın koronavirus infeksiyasına yoluxma halı təsdiqlənib.

Yenicag.az-ın məlumatına görə, ümumilikdə həkimlər 623 nəfər ekipaj üzvünün 290 nəfərini müayinədən keçiriblər.

Qeyd edək ki, bir gün əvvəl gəmidə yoluxanların sayının 91 nəfər olduğu bildirilib.

“Kosta Atlantika” kruiz layneri martın 25-də Naqasaki şəhərindəki “Mitsubishi Heavy Industries” gəmiqayırma zavodunun “Koyagi” dokuna təmir işləri üçün daxil olub və bütün işlər başa çatdıqdan sonra limanı aprelin sonunda tərk etməli idi.