Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sentyabrın 28-i saat 00:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

COP29