Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

KQB-nin "qara qutu"su dünyasını dəyişdi - Fotolar

Rus kəşfiyyatının əfsanə adı Yuri Drozdov 91 yaşında dünyasını dəyişib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yuri Drozdov Sovet kəşfiyyatının ən gizli və məşhur proqramlarını idarə edib. KQB-nin qeyri-qanuni proqramının idarəçiliyini edən Drozdovun, casus yetişdirmək mövzusunda hər kəsdən daha bilikli olduğu danılmaz idi. Onun əsas vəzifəsi, sovet agentlərinin başqa torpağa ayaq basdığı andan etibarən, həmin ölkənin vətəndaşı kimi danışması, davranması hətta düşünməsini təmin etmək idi.

İnternet olmayan zamanlarda agentlərin yeni şəxsiyyət əldə etmələri üçün başlıca məkanlardan biri məzarlıqlar idi. ABŞ və digər ölkələrdən olan agentlər orta hesabla özləri ilə eyni yaşda olan şəxslərin məzarlarına gedirdilər. Daha sonra həmin ölülərin məlumatlarını toplayıb, özlərinə yeni sənədlər hazırlayırdılar. Hətta həmin ölülərin, kilsələrə rüşvət verərək qeydlərini sildirirdilər. Bu olduqça maddiyat və vaxt aparan proses idi.

Lakin kiçik bir səhv onların işinə son verə bilərdi, məsələn yuxuda rus dilində sayaqlamaq.
2010-cu ildə Drozdov verdiyi müsahibələrin birində, Qərbi Almaniyadan ABŞ-a göndərilən iki agentin hekayəsindən danışmışdı.

“New-Yorkda çalışdığım zaman bəzən onların yaşadıqları evə gedərdim, gizlicə pəncərədən baxardım. Lakin agentlərlə birbaşa dialoqa girmək qadağan idi. Onlarla üz-üzə əsla görüşmürdüm”, deyə Drozdov vurğulayıb.

Casuslar tərəfindən alınan məlumatlar gizli şəkildə çatdırılırdı, bəzən radyo vasitəsilə, bəzən də görüş yerinə qoyulurdu.

Drozdov barədə, Rus Xarici Kəşfiyyat Xidməti: “O həqiqi bir rus zabiti, yaxşı insan və müdrik komandir idi” sözlərini deyib. Onun həyatının böyük hissəsi və ən əsası başçılıq etdiyi əməliyyatların detalları Rusiya Təhlükəsizlik arxivlərində yer alır.

Rusiyanın təhlükəsizlik əlaqələri mövzusunda mütəxəssis araşdırmaçı Mark Galeotti, Drozdovun KQB tarixində bir əfsanə olduğunu dilə gətirib. Yuri Drozdovun atası Qırmızı Gözətçilər olaraq bilinən Bolşevik milislər arasında yer alırdı və İkinci Dünya müharibəsində topçu idi.

Yuri Drozdov 1956-cı ildə KQB-yə qatılıb.

Məşhur agentlərdən biri Rudolf Abelin 1957-ci ildə New-Yorkda ələ keçirilərilərək 1962-ci ildə Berlin körpüsündə ABŞ pilotu Gary Powerslə dəyişdirilmişdi. O zaman Şərqi Almaniyada çalışan gənc agent Yuri Drozdov bu prosesi təşkil edənlərdən biri idi. Bu hadisə məşhur rejissor Stiven Spielbergin 2016-cı ildə çəkdiyi “Casuslar Körpüsü” (“Bridge of Spies”) filminin əsas mövzusu idi.

Yuri Drozdov 1975-ci ildə Çindəki vəzifəsindən sonra 4 il müddətinə SSRİ DTK-nın BMT-dəki idarəçiliyini edirdi. Daha sonra 1991-ci ildən təqaüdə çıxana qədər Moskvada çalışıb.

Yenicag.az

www.yenicag.az

1525