Kral ailəsi Obamanı saymadı

4233470cfffsSəudiyyə Ərəbistanına səfərə gedən ABŞ prezidenti Barak Obamaya çox soyuq münasibət göstərilib.

AzVision.az `CNN`-ə istinadən xəbər verir ki, protokola zidd olaraq, Obamanı Ər-Riyad hava limanında kral ailəsinin nümayəndəsi yox, paytaxt regionunun qubernatoru qarşılayıb.

Obama Kral Salman isə görüş zamanı ölkə liderləri əl sıxmaqla kifayətləniblər, lakin Corc Buş-kiçik bu ölkəyə səfər edərkən kral hətta onu qucaqlamışdı.

CNN teleşirkəti baş verənləri əvvəllər sadiq müttəfiq olan ölkələr arasında “soyuq münasibətlərin davamı”nın əlamətləri hesab edir.

Bu arada Səudiyyə televiziyası da Obama və kral Salmanın görüşünü yayınlamayıb, amma monarxın Ər-Riyada İraq körfəzində Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının sammiti iştirakçılarını qarşılamağı barədə süjet göstərilib.