Danimarkanın kral ailəsi ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını almaq təklifinə müsbət yanaşır.
Yenicag.az xəbər verir ki, bu barədə “Newsweek” yazıb.
“Adanın alınması təklifi – Qrenlandiya üçün komplimentdir. Yalnız arzulanan torpaqlar belə təklif ala bilər”, – deyə kraliça II Marqrettin qardaşı Valdemarın xanımı, şahzadə Antoniya Şaumburq-Lippe bildirib. O əlavə edib ki, adanın satılması qərarını yerli sakinlər özləri verməlidir.
Belə bir fikirlə Antoniyanın oğlu, şahzadə Mario Maks Şaumburq-Lippe də çıxış edib:
“Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, oranın xalıq xoşbəxt olsun. Özləri üçün verəcəkləri ən yaxşı qərarı dəstəkləmək lazımdır”.
Xatırladaq ki, Donald Tramp avqustun 16-da Qrenlandiyanı satın almaq fikrində olduğunu bəyan etmişdi./qafqazinfo/