Kral ailəsində daha bir itki – Şahzadə vəfat etdi

Çərşənbə günü Səudiyyə Ərəbistanının kral ailəsinin nümayəndəsi şahzadə Bandar bin Fahd bin Saad bin Abdel Rəhman Əl Saud vəfat edib.

Yenicag.Az xarici KİV-inə istinadən xəbər verir ki, onun dəfn mərasimi cümə axşamı Ər-Riyadda keçiriləcək.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl 26 yaşlı şahzadə Salman bin Saad bin Abdulla bin Turki Əl Səud vəfat edib.

Yenicag.Az