Kral ailəsinə gəlin gedən məşhur aktrisanın “əkizi” üzə çıxdı – FOTOLAR

Şahzadə Harri ilə evləndikdən sonra şəxsi həyatı ilə gündəmdən düşməyən aktrisa Meqan Marklın oxşarı hamını heyrətləndirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan 2 uşaq anası Akeşa Land kral ailəsinin gəlininə bənzərliyi ilə fenomenə çevrilib. Meqana doğma əkizi qədər bənzəyən qadının fotoları bir anda “Instagram”da məşhurlaşıb. “Əkizi” Meqandan sadəcə dərisinin rənginə görə fərqlənir.