!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kral Salmanın Sisinin kabusuna çevrilir? – Mursi faktoru

!Reklam – Yazi

yenicag_kral

Səudiyyə Ərəbistanında kral dəyişikliyi Orta Şərqdə yeni bir dövrün başladığından xəbər verir. Beləki bir çox ərəb xəbər qaynağında yer alan xəbərlərə görə, Səudiyyə Ərəbistanının yeni kralı Salman, Misirdəki çevrilişdən əvvəl Misirin qanuni prezidenti Məhəmməd Mursiyi dəstəkləyirdi və hakimiyyətə gəlişi bu mövzunu yenidən gündəmə gətirib.

Yenicag.az TİMETÜRK-ə istinadən xəbər verir ki, 2013-ci ildə Səudiyyə Ərəbistanının müdafiə naziri olduğu dövrdə Salman ibn Abdulaziz “Ahram” qəzetinə verdiyi açıqlamada, “Səudiyyə Ərəbistanı qanuni rəhbərlik tərəfdarıdır. Məhəmməd Mursinin Misiri idarə etməsi üçün şans verilməlidir” deyib.

Məşhur ərəb qəzeti “Watan”ın yazdığına görə, Misirdə hərbi dairələr Səudiyyə Ərəbistandakı yeni hakimiyyətdən narahatdırlar. Abdulfəttah Sisiyə yaxın şəxslərdən Yusuf əl Hüseyninin sözlərinə görə, Salman ibn Əbdüləzizin kral olması Misir üçün problemli dönəmin başlanğıcı olacaqdır.

Xatırladaq ki, kral Salmanın vəzifəyə gəlməsindən sonra Misir prezidenti Sisi hava şərtləri səbəb göstərərək Kral Abdullahın cənazəsinə qatılmamışdı.

Onu da qeyd edək ki, yeni kral, Misirdəki çevrilişə dəstək verən Kral Məhkəməsinin sədri Xalid əl Tuveycrini və bir sıra şəxsləri vəzifədən uzaqlaşdırıb ki, bu da Misir üçün ciddi narahatlıq qaynağına çevrilib.

Yenicag.az

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv