Krala yumurta atdılar – VİDEO

İngiltərə kralı III. Çarlz və həyat yoldaşı Kamilla yumurta hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, II Yelizavetanın heykəlinin açılışı zamanı izdihamın içərisində olan bir etirazçı kral və kraliçaya yumurta atıb.

Məlum olub ki, hadisəni törədən şəxs “Bu ölkə qul qanı üzərində qurulub” deyə qışqırıb.

Yumurtaların Kralın qarşısına düşdüyü, ancaq ona dəymədiyi görülüb.

Şahidlərin sözlərinə görə, hücumu həyata keçirən şəxs nəzarətə götürülüb./Qafqazinfo/



COP29