Kraliça BMT konfransına qatılmayacaq – SƏBƏB

Böyük Britaniya kraliçası II Elizabet Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP26) qatılmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bakinqam sarayı yayıb.

Qeyd edilib ki, həkimlərin istirahət etmə tövsiyyəsinə uyğun olaraq kraliça Elizabet Qlazqodakı COP26-da iştirak etməyəcək, videomesaj göndərəcək.

Xatırladaq ki, “The Sunday Times” nəşri kraliçanın həyat yoldaşı Edinburq Hersoqu, Şahzadə Filippin ölümündən sonra sarsıldığını, onun yoxluğu barədə fikirləşməmək üçün çoxlu işlə məşğul olduğunu iddia edib.

Qeyd edilir ki, 95 yaşlı kraliçanın əsa ilə gəzməsi, bir gecəni xəstəxanada keçirməsi onun bu mürəkkəb məşğuliyyətindən qaynaqlanır.

Gecələr yuxu problemi yaşayan kraliçanın yalnızlıq qorxusunun üzə çıxdığı, tək başına yemək yemək istəmədiyi, bunun üçün də dostlarını sarayda qonaq etdiyi bildirilir. Bundan başqa, Elizabetin gecələr çox televizor izlədiyi üçün bitkin halda olduğu vurğulanır.