Kraliça bundan sonra saxta kürklər geyinəcək – Səbəb

Böyük Britaniya Kraliçası II Elizabet həqiqi kürkdən imtina edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, saraydan verilən açıqlamada “Kraliça üçün tikilən paltarlarda istifadə edilən kürklər saxta olacaq” ifadəsinə yer verilib. Bu qərarı heyvan hüquqları müdafiəçiləri böyük məmnuniyyətlə qarşılayıb və sarayın digər xanımlarını da belə bir addım atmağa səsləyiblər.

Qeyd edək ki, yeni qərar kraliçanın keçmiş paltarlarına şamil edilmir.

COP29