Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kraliça Elizabetin oğlu şahzadə Çarlz da koronavirusa yoluxdu

İngiltərə taxt-tacının varisi, Kraliça Elizabetin oğlu, 71 yaşlı şahzadə Çarlzın koronavirus analiz testi pozitif çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə İngiltərə şahzadəsinin iş ofisindən məlumat verilib.

Verilən açıqlamada bildirilib ki, şahzadədə yüngül simptomlar müşahidə edilir və səhhətində başqa heç bir problem yoxdur.

Qeyd edək ki, Kraliça Elizabet koronavirus yayılmağa başlayandan sonra paytaxtı tək edərək, kral ailəsinin daimi məskəni olan Vindzor qalasına gedib.

Onu da qeyd edək ki, İngiltərədə 8 min 77 koronavirus xəstəsi var. Bu günə qədər ölkədə 422 ölüm faktı qeydə alınıb.

www.yenicag.az

289