Kraliça II Elizabet ulu nənə oldu – 8-ci dəfə

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın oğlu dünyaya gəlib.

Yenicag.az xarici KİV-lərə istinadla xəbər verir ki, beləliklə, Britaniya kraliçası II Elizabet səkkizinci dəfə ulu nənə olub. Taxta varislikdə yeddinci sırada gələn oğlanın adı valideynləri tərəfindən bir müddət sonra elan ediləcək. Kiçik şahzadənin şəkilləri isə Harri və Meqan fotoqrafları “Vindzor” parkına dəvət etdikdən sonra dərc olunacaq.

Xatırladaq ki, Uels şahzadələri Çarlz və Diananın kiçik oğlu, kral ailəsinin britaniyalılar arasında ən populyar üzvü şahzadə Harri ötən il mayın 20-də “Fors major” serialının ulduzu, amerikalı aktrisa Meqan Marklla ailə həyatı qurub. Kraliça II Elizabet toy günündə gənclərə Sasseks hersoqu və hersoginyası titullarını hədiyyə edib.

COP29