Kraliça II Elizabetin dəfn tarixi açıqlandı

Böyük Britaniyanın dünyasını dəyişən kraliçası II Elizabetin dəfn tarixi açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.

Dəfn mərasimi onun ölümünün 10-cu günündə keçiriləcək.

Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.