Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.
Yenicag.az xəbər verir ki, II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.
Bununla da X Frederik rəsmən yeni kralı olub.
Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxtdan imtina edəcək.//APA