Kraliçanın nə vaxt dəfn olunacağı bilindi

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Bakinqem sarayının “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Böyük Britaniyanın yeni kralı elan edilib.

III Çarlzın noyabrda 74 yaşı tamam olur və Britaniya taxtına çıxan ən yaşlı varisdir.