Kralın təmtəraqlı Almaniya SƏFƏRİ – Özü ilə kimləri aparıb?

Tayland kralını Almaniya səfəri zamanı 250 nəfər və 30 pudel müşayiət edir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyaya səfərə gələn Tayland kralı X Maxa Vaçiralonqkorn Münxenə gəlib və hava limanının otelində məskunlaşıb.

69 yaşlı kral otelin 4-cü mərtəbəsini tamamilə tutub. Məhdudiyyətlərə baxmayaraq, reportyorlar kralın bir neçə fotoşəklini çəkməyə nail olublar.

Bu, monarxın kralın tənqid olunması haqda qanuna qarşı başlayan və ölkəni bürüyən geniş etirazlardan sonra ilk xarici səfəridir.

Həmin qanunda kral və onun yaxın qohumlarına yönəlik tənqid, böhtan, o cümlədən təhqirə görə 15 il həbs cəzası nəzərdə tutulur.