Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiyanın bu gün Kramatorsk şəhərini ballistik raketlə vurması Avropanı hərəkətə gətirib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Kramatorskun bombalanmasından sonra Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini, Ukraynaya isə daha çox silah göndərilməsini təklif edib.
O bu barədə özünün “Twitter” hesabında yazıb.
“Rusiyanın öz hücumlarını gücləndirdiyi ərazidə, mülki əhalinin evakuasiya olunmaq üçün yararlanacağı ən əsas vağzallardan birinə zərbə endirdiyini görmək çox dəhşətlidir.
Zəruri addımlar: Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Avropa İttifaqından Ukraynaya daha çox silahın göndərilməsi. Elə indicə Avropa İttifaqının beşinci sanksiya zərfi təsdiqləndi”, – deyə Mişel qeyd edib.