İraqın şimalında yerləşən Kərkük şəhərində qəribə hadisə yaşanıb.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, Rahimava rayonunda 50 yaşayış evində kranlardan yanacağın su ilə qarışığı gəlib. Hazırda yerli hakimiyyət hadisənin baş vermə səbəblərini araşdırır.
“Bu hadisə küçədəki bütün evlərdə baş verməyib. Neftin su sisteminə necə sıza bildiyini araşdırırıq”, -deyə mühəndis Helo Muhammed qeyd edib.
Qeyd edək ki, Kərkük yaxınlığında nəhəng neft yatağı var. Ölkənin ən uzun neft kəməri olan Kərkük-Ceyhan da buradan keçir.
Yeniçağ.Az